"Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev Rusiya Premyer Liqasında azarkeşlərin səsverməsinə əsasən 2024/2025 mövsümünün ən yaxşı məşqçisi seçilib.
Prosport.Az xəbər verir ki, Premyer Liqanın rəsmi saytında keçirilən səsvermədə 42 yaşlı mütəxəssis bütün rəqiblərini üstələyib.
2-ci və 3-cü yerləri müvafiq olaraq Moskva MOİK-indən Marko Nikoliç və "Akron"dan Zaurbek Tedeyev tutublar.
Qeyd edək ki, "Krasnodar" Murad Musayevin rəhbərliyi altında 2024/2025 mövsümünün qalibi olub. Komanda tarixində ilk dəfə Rusiya çempionu adını qazanıb.

