Türkiyə I Liqasının debütantı "Serik Bələdiyyəspor"un səhmləri satılıb.
Prosport.Az ajansspor-a istinadən xəbər verir ki, klubun hissələrinin 50 faizinə azərbaycanlı iş adamı sahib çıxıb.
Adı açıqlanmayan həmyerlimizin bunun üçün 4 milyon avro ödəyəcəyi bildirilib. O, əvvəlcə "Antalyaspor"a müraciət etsə də, "qırmızı-ağlar"ın səhmlərinin paylanılması səbəbindən anlaşma reallaşmayıb.
Nəticədə iş adamı bölgənin digər təmsilçisi "Serik Bələdiyyəspor"a üz tutub. Tərəflər arasında iki həftə davam edən danışıqlar prosesində son addım iyunun 17-də atılıb.
Azərbaycanlı iş adamı klubu yenidən qurmağa başlayacaq. O, baş məşqçi Mehmet Altıparmakın istefaya göndərilməsindən sonra sükan arxasına əvvəllər Rusiya Premyer Liqası komandalarından birinə rəhbərlik etmiş mütəxəssisi gətirəcək.
Azərbaycanlı iş adamı Türkiyədə klub aldı

