“Qarabağ”ın yeni transferi Dani Boltun Azərbaycan klubunu seçmə səbəbi müəyyənləşib.
Prosport.Az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Ağdam klubuna tramplin kimi baxır.
Ötən ilin əvvəlindən Portuqaliya klubu “Torrense”də çıxış edən braziliyalı sağ cinah oyunçusunun başqa təklifləri də olub. Lakin “Qarabağ”ın avrokuboklarda müntəzəm çıxış etməsi onun seçimində həlledici rol oynayıb: “Bolt “Qarabağ”ın heyətində xüsusilə Çempionlar Liqasında özünü yaxşı tərəfdən göstərməklə Avropanın daha yaxşı liqalarına keçid etməyi hədəfləyir. Bu da transfer danışığı zamanı Azərbaycan klubunun işini asanlaşdıran amil olub”.
Qeyd edək ki, Dani Bolt “Qarabağ”la 3+1 illik müqavilə imzalayıb.

