Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.
Prosport.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Xəbərdə 27 yaşlı futbolçunun 2-ci Bundesliqa klubu ilə 3 illik müqavilə bağladığı bildirilir.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"də keçirib.

