UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Prosport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçiləri “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.
Bu raundda Bakı klubu Xorvatiyanın “Hayduk”, Naxçıvan təmsilçisi isə Yunanıstanın “Aris” kollektivi ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin matçları iyulun 24 və 31-də keçiriləcək.

