"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Bakı klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Tselye"yə (Sloveniya) məğlub olacağı təqdirdə "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, paytaxt təmsilçisi UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

