"Qarabağ"ın yeni transferi Dani Boltun özünə bu soyadı götürməsinin səbəbi bəlli olub.
Prosport.Az-ın xəbərinə görə, əsl adı Daniel Lima de Kastro olan futbolçu sürəti ilə tanınıb.
Bu səbəbdən səkkizqat olimpiya və onbirqat dünya çempionu olan yamaykalı Useyn Boltla müqayisə edilib. Onu isə məşhur sprinterin soyadına görə Dani Bolt çağırmağa başlayıblar.
Qeyd edək ki, 25 yaşlı futbolçu komandanı tərk etmiş monteneqrolu Marko Veşoviçin əvəzinə transfer edilib. Portuqaliyanın I divizion təmsilçisi "Torensi"dən transfer edilən futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. O, sağ cinah müdafiəçisidir.

