"Çelsi"nin futbolçusu Meyson Mauntun "Mançester Yunayted"ə keçidi rəsmiləşib.
Prosport.Az "Mançester Yunayted" klubunun mətbuat xidmətinə istinadən xəbər ki, ingiltərəli yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.
Britaniya mətbuatı bu transfer üçün "Mançester Yunayted"in London klubuna 69 milyon avro ödədiyini yazıb.

