"Qarabağ"ın keçmiş futbolçusu Muarem Muarem Şimali Makedoniya klubu ilə anlaşıb.
Prosport.Az xəbər verir ki, o, yüksək liqaya yeni vəsiqə qazanan "Başkimi"də baş məşqçi kimi fəaliyyət göstərəcək.
Şimali Makedoniya klubu onunla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, türk əsilli şimali makedoniyalı olan Muarem Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.

