UEFA DÇ-2026-nın seçmə mərhələsinin Fransa – Azərbaycan matçının məkanını təsdiqləyib.
Prosport.Az xəbər verir ki, oyun oktyabrın 10-da Parisdəki "Park de Prens" stadionunda keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq.

