“Qəbələ”nin yay hazırlıq planı bəlli olub.
Prosport.Az xəbər verir ki, komanda iyunun 30-da Qəbələdə hazırlıqlara başlayacaq. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.
Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyulun 6-sı və 14-ü baş tutacaq. 2-ci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.
Təlim məşq toplanışının 2-ci mərhələsinə iyulun 14-də start veriləcək. Avqustun 8-dək Qəbələdə davam edəcək hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır.

