"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi bu raundda "Selye" (Sloveniya) ilə üz-üzə gələcək.
Rusların idarə etdiyi "Selye" komandası yaxınlarda "Kəpəz"lə əməkdaşlığa başlayıb.
"Sabah" ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.
11:14
"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisinin mümkün rəqiblərinin sayı 4-ə düşüb.
Bunlar "Şaxtyor” (Donetsk, Ukrayna), “Şerif” (Moldova), "Selye" (Sloveniya) və "Spartak"dır (Trnava, Slovakiya).
Qeyd edək ki, raundun püşkatma mərasimi bu gün İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. "Sabah" UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

