“Neftçi” hücumçusu Dembo Darbo ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 26 yaşlı qambiyalı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin avqustun 28-də 2 illik müqavilə bağlamış Dembo Darbo “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.
Xatırladaq ki, uğursuz mövsüm keçirən "Neftçi" daha əvvəl 9 futbolçu ilə yollarını ayırmışdı.

