"Neftçi" daha bir futbolçu ilə yollarını ayırmaq istəyir.
Prosport.Az xəbər verir ki, "ağ-qaralar" ukraynalı hücumameyilli yarımmüdafiəçi Andrey Ştoqrinin xidmətində maraqlı deyil.
Paytaxt klubu 26 yaşlı vingerin əvəzinə həmin mövqeyə daha yaxşı oyunçu transfer etmək niyyətindədir.
Qeyd edək ki, "Neftçi"yə ötən yay keçmiş baş məşqçi Roman Qriqorçukun istəyilə alınan Andrey Ştoqrinin Bakı klubu ilə 2027-ci ilin iyun ayınadək müqaviləsi var.

