“Neman” klubunun futbolçusu Roman Paseviç karyerasını Azərbaycanda davam etdirməyə yaxın olub.
Prosport.Az xəbər verir ki, bu barədə futbolçu Belarus mediasına müsahibəsində deyib.
“Mənə Qazaxıstan və Azərbaycandan zəng vurub, yüksək liqa komandalarından müqavilə təklif etdilər” –, deyə Paseviç bildirib.
Az öncə “Ufa”ya keçən futbolçu bu klubla 1 illik müqavilə bağlayıb: “Bu komandaya mümkün qədər kömək etmək istəyirəm. Sonra gələcəkdə müddətin uzadılması ilə bağlı söhbətlər olacaq”.

