İyunun 15-də start götürəcək klublararası dünya çempionatını ölkəmizdə yayımlayacaq telekanal məlum olub.
Prosport.Az xəbər verir ki, ABŞ-də keçiriləcək çempionatı Azad Azərbaycan (ATV) kanalı yayımlayacaq.
Turnirin ilk görüşündə Misir təmsilçisi "Əl-Əhli" Lionel Messinin kapitanı olduğu "İnter Mayami" ilə qarşılaşacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. Qrup mərhələsi iyunun 14-də başlayacaq və iyunun 26-da başa çatacaq. Pley-off isə iyunun 28-dən iyulun 9-dək davam edəcək. Final iyulun 13-ə planlaşdırılıb.

