"Qəbələ"nin futbolçusu Feras Abu Akal öz çarpaz bağlarından məliyyat olunub.
Prosport.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun vətəni İsraildə edilən əməliyyat uğurla nəticələnib.
Onun nə vaxt sıraya dönəcəyi açıqlanmayıb. Bu cür əməliyyatdan sonra futbolçunun meydana çıxması bir neçə ay çəkir.
Qeyd edək ki, Feras Abu Akal ötən mövsümün sonunda dizindən zədələnib.

