"Qarabağ"ın yarımmüdafiəçisi Aleksey İsayev mövsüm başa çatdıqdan sonra əməliyyat olunub.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bu səbəbdən İsayev kubokun finalını və millinin toplanışını buraxıb.
Onun "Qarabağ"la birlikdə yeni mövsümün hazırlıqlarında da iştirak etməyəcəyi bildirilir.

