Transfer çalışmalarını davam etdirən Madrid "Real"ı "Fənərbağça"nın parlayan ulduzu Arda Gülerin keçidini tamamlamaq üzrədir.
Prosport.Az xəbər verir ki, bu haqda məlumatı tanınmış insayder Fabritsio Romano verib. İspaniya nəhəngi türk klubuna bu transferə görə 20 milyon avro + bonuslar verəcək.
Qeyd edək ki, bundan öncə "Real" Dortmund "Borussiya"sından Bellingem, "Rayo Vallekano"dan Fran Qarsiya və "Espanyol"dan Xoselunu heyətinə qatıb.

