“Zirə” 2 futbolçu ilə müqavilə müddətini yeniləyib.
Prosport.Az xəbər verir ki, paytaxt klubu təcrübəli qapıçı Anar Nəzirovla 1 illik yeni müqavilə bağlayıb.
İsmayıl İbrahimli isə “Qarabağ”dan transfer olunub. Son 2 mövsümü icarə əsasında “Zirə”də keçirən yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

