"Qarabağ"la yollarını ayıran Yassin Benziya karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Prosport.Az "Africafoot" nəşrinə istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi həmin ölkədən sərfəli təklif alıb. Hələlik təklif göndərən komandanın adı açıqlanmır.
İddiaya görə, 31 yaşlı oyunçu hazırda Səudiyyə Ərəbistanı çempionatında çıxış edən həmyerliləri Riyad Mahrez, Said Benrahma və Ussem Auarla məsləhətləşdikdən sonra ərəb klubuna keçməyə razılıq verib.
Qeyd edək ki, Yassin Benziya "Qarabağ"ın heyətində 97 oyuna 25 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.

