Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    21 il sonra Riqada heç-heçə: Bu dəfə məğlubiyyətə bərabər – YAZI
    11.06.2025 21:24:42

    Riqada stadiona daxil olanda nədənsə 2004-cü ilin iyunun 6-sı yadıma düşürdü. Oyundan öncəki mətbuat konfransı da məhz bu tarixə təsadüf edirdi. Stadionda Azərbaycan bayrağı tabloda və komandamızın ehtiyat oyunçular skamyasında əks olunurdu. Həmkarlarım bu stadionun Azərbaycan komandasına aid skamyasında əyləşəndə, gözlərim önündə 21 il əvvəl bu arenaya ayaq basmış futbolçularımız, xüsusən uzaq məsafədən qol vuran Emin Quliyev və penaltidən qol vuran Qurban Qurbanov canlandı. Bəli, o vaxt sürpriz şəkildə dünya 3-cüsü Türkiyəni uzaqlaşdırıb Avropa çempionatına vəsiqə qazanan Latviya ilə 2:2 oynamaq gözəl nəticə idi.

    2018-ci ilin 9 iyununda isə bu komandanı Riqada 3:1 məğlub etmişdik. Ümumiyyətlə, bu komanda Bakıda yox, ancaq səfərdə qarşılaşdığımız nadir kollektivlərdən biridir. Maksim Medvedev, Cavid İmamverdiyev və Emin Mahmudov Riqanın "Dauqava" stadionunda Latviya üzərində yeganə qələbə qazanmağımızın səbəbkarları olub. Həmin vaxt millimizin gələcəyi üçün ümid qığılcımı yaranan gün idi...

    ***

    2004-cü ildəki matçdan bəri çox şey dəyişmişdi. Baş məşqçimiz Karlos Alberto Tores dünyasını dəyişmişdi. "Neftçi"də oynayan Qurban Qurbanov indi "Qarabağ"da məşqçilik etməklə məşğul idi. İlk qolun müəllifi olmuş Maaris Verpakovski daha sonra gəlib "Bakı"da 2 mövsüm top qovmuşdu. Latviya millisi ilə tarix yazmış rus əsilli baş məşqçi Aleksandr Starkov isə "Bakı"da işləmişdi. Jurnalistlərin qaldığı "AC Hotels – Marriott"a da təşrif buyuran Starkovun üz cizgilərinin qocaldığını gördükdə zamanın necə axdığını sezmək olurdı. Elə adını daşıdığı "Skonto" stadionunun sahibi də dəyişmişdi. Əvvəl mövcud olmuş, "Şəmkir"in UEFA Çempionlar Liqasında əlavə vaxt sayəsində uzaqlaşdırdığı "Skonto" da yox idi. Komanda 2016-cı ildə dağılmış, borcların ödənilməməsi üçün yerində "Riqa" adlı klub yaradılmışdı.

    ***
    Oyun günüdür. Yenə qollu matç olacaqmı? Latviya millisi əvvəlki tək əzəmətli deyil. FIFA reytinqində 138-ci sırada olan bir komandadır. Azərbaycandan 19 pillə geridə! Lakin Fernandu Santuşun gəlişindən sonra komandamız 8 oyunda qalib gələ bilməyib. Hətta Latviya kimi Baktikyanı ölkə olan Estoniyaya 2 matçda da qalib gəlmək bizə qismət olmayıb. Üstəlik, latışların italiyalı baş məşqçisi Paolo Nikolato da meydana eksperimental heyəti buraxmışdı.

    Komandanın vuran ayağı, 2 il əvvəl RFŞ komandası ilə "Sabah"a Masazırda qol vurmuş Yaanis İkaunieks, "Aberdin"in müdafiəçisi Kristers Tobers, "Lutsern"in müdafiəçisi Andrey Çıqanik, millimizin zədəsinə görə heyətdən kənar qalmış üzvü Anton Krıvotsyukun "Tecon Hana Sitizn"dakı komanda yoldaşı Vladislav Qutkovski ehtiyatda saxlanılmışdı.

    Yalnız Norveçin "Soqndal" komandasının yarımmüdafiəçisi Luukas Vapne start heyətdə hücumçu qismində meydana çıxmışdı. Bununla belə, millimiz bu zəif heyətin də öhdəsindən gəlməyi bacarmadı. Səbəblər haqda çox yazmaq olar. Ancaq əminliklə demək mümkündür ki, yığmamızda mübarizlik çatışmır. 21 il əvvəlki mübarizlik. Bu xarakter üçün isə AFFA rəhbərliyi yox, futbolçular topa tutulmalıdır. AFFA rəhbərliyinin bu məsələdə yeganə səhvi İnkişaf Strategiyasının milliyə düşən qolunu Fernandu Santuş üzərində fikirləşməsi olub. Bəli, seçimdə onun Avropa çempionluğu olması rol oynayıb. Ancaq Kriştianu Ronaldulu çempionla ən güclü oyunçumuz sayılan, Latviya ilə matçda Elvin Cəfərquliyevin ötürməsindən sonra əlverişli vəziyyəti qaçıran Mahir Emrelinin də səviyyəsinin bir olmaması fikirləşilməli idi axı...

    ***
    Bu matçda azarkeşlər də, hava da möhtəşəm idi. Yerli ultras və azərbaycanlı azarkeşlər komandalarını qola səsləyirdi. Fasilədə isə hava dəyişdi. Güclü yağış yağdı. Hava da öz qüdrətini tamaşaçılara göstərdi. Buludlardan yağış damcılarını boşaldan fövqəltəbii qüvvə 2-ci hissədə günəş işığını stadiona qərq etdi. Di gəl ki, meydanda öz işini görə bilməyən futbolçular toplaşmışdı.

    Qayıdanda "Fast Track" kupon/vauçeri ilə Riqa hava limanına yollandıq. Riqanı dabanımıza tüpürüb tərk etdik...

    Səbuhi Musa
    Riqa-Bakı   

    Futbol

    "Kəpəz" fransalı futbolçu transfer etdi – ÖZƏL

    17.07.2026 23:21:34
    Futbol

    “Qarabağ” və “Neftçi” eyni gündə Bolqarıstanda oyun keçirəcək

    17.07.2026 22:50:53
    Futbol

    "Sumqayıt"dan ayrılıb, "Şamaxı"ya keçdi

    17.07.2026 21:57:51
    Futbol

    "Şəfa" – "İmişli" oyununda 4 qol vuruldu

    17.07.2026 21:09:25
    Futbol

    "Turan Tovuz" ilk yoxlama oyununda heç-heçə etdi

    17.07.2026 20:35:57
    Futbol

    Blatter FIFA-nı ağ yuyub, qara sərdi

    17.07.2026 20:28:02
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimiz İsveçrə üzərində əzmkar qələbə qazandı

    17.07.2026 23:43:46

    "Kəpəz" fransalı futbolçu transfer etdi – ÖZƏL

    17.07.2026 23:21:34

    Qadın güləşçimiz reytinq turnirində ilk dəfə medal qazandı

    17.07.2026 23:07:44

    “Qarabağ” və “Neftçi” eyni gündə Bolqarıstanda oyun keçirəcək

    17.07.2026 22:50:53

    "Sumqayıt"dan ayrılıb, "Şamaxı"ya keçdi

    17.07.2026 21:57:51

    "Şəfa" – "İmişli" oyununda 4 qol vuruldu

    17.07.2026 21:09:25

    "Turan Tovuz" ilk yoxlama oyununda heç-heçə etdi

    17.07.2026 20:35:57

    Blatter FIFA-nı ağ yuyub, qara sərdi

    17.07.2026 20:28:02

    "Sumqayıt" Abdul Raşid Mumini ilə yollarını ayırdı

    17.07.2026 19:45:46

    Bu dəfə mətbuat konfransı azarkeşlər üçün olacaq

    17.07.2026 19:22:58

    "Zirə"dən ayrılan futbolçu Liqa 1 klubunda

    17.07.2026 18:47:38

    FIFA "Səbail"ə transfer qadağası qoydu

    17.07.2026 18:15:19

    "Qarabağ"ın rəqibi Bakıya azarkeşsiz gələ bilər

    17.07.2026 17:38:01

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22

    PFL bəzi stadionlarda oyunların keçirilməsinə qadağa qoydu

    17.07.2026 16:50:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved