"Sabah" futbolçusu Şakir Seyidovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, komandanın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.

