DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan millisinin rəqibi olan Ukrayna yığması növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, Torontoda keçirilən “Canadian Shield Four Nations” turnirində Yeni Zelandiya ilə qarşılaşan Avropa təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Xatırladaq ki, dünya çempionatının seçmə mərhələsində millimiz Ukrayna ilə sentyabrın 9-da və oktyabrın 13-də qarşılaşacaq.

