"Barselona" müdafiəçi İnyiqo Martinesin transferini açıqlayıb.
Prosport.Az klubun saytına istinadən xəbər verir ki, tərəflər 2 illik müqavilə imzalayıblar.
32 yaşlı Martinesin "Atletik"lə müqaviləsi başa çatdığından, klubsuz idi. O, ötən mövsüm 18 matçda iştirak edib, və 1 qol vurub.
Qeyd edək ki, İnyiqo Martines İspaniya yığmasında 20 matçda forma geyinib.

