Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Son ilk oyunda futbolçulardan razı qaldım" – Fernandu Santuş
    10.06.2025 22:58:42

    Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Macarıstana uduzduqları yoldaşlıq oyunundan (1:2)sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Oyuna yaxşı başlamadıq. Qol buraxsaq da, yaxşı reaksiya verdik. Bundan sonra balanslı oyun keçdi. Ancaq ikinci qolu buraxdıq. İkinci hissə daha çətin keçdi. Rəqibdə keyfiyyətli oyunçular var. Asan top itirmirlər. Oyunçularım sona qədər inanırdı ki, bərabərlik qolunu vura bilərlər. Lakin bəzi oyunçularda yorğunluq var idi və bu, özünü göstərdi. Ona görə dəyişiklik etdim. Oyunun sonlarında 3 epizod yaratdıq, ancaq alınmadı. Futbolda bəxt də lazımdır. Son iki oyunda futbolçulardan razı qaldım. İnkişaf etdilər.

    – Rzanın son dəqiqələrdə hücuma getməsi sizin tapşırığınız idi?

    – Əlbəttə, mənim qərarım idi.

    – Qarşıdan rəsmi oyunlar gəlir. Nə dərəcədə nikbinsiniz?

    – Bu barədə oyunçularla danışıram. Nəyi yaxşı edə bilərik, nə narahat edir. Bunları onlara deyirəm. Çalışmalı olduğumuz məqamların üstündə işlədik. İstədiyim şeyləri görə bildim. Əlbəttə, çatışmayan şeylər hələ də var. Yaxşı şeyləri də bildirməliyəm.

    – Azərbaycanda kişilərin pensiya yaşı 65-dir. Bəs Portuqaliyada neçədir?

    – Bu suala cavab verməyəcəm. Futbolla nə əlaqəsi var?

    – Rəqib məşqçi qolunuzun əllə vurulduğunu dedi. Siz epizodu necə şərh edərdiniz?

    – Bu onun fikridir. Məncə, VAR olsaydı da, qol sayılacaqdı.

    – 10 oyundur qələbə yoxdur, amma oyundan razı qaldığınızı deyirsiniz. Bəlkə, mənfi məqamları da deyəsiniz, bəlkə, futbolçular tənqiddən nəticə çıxarar.

    – Həmişə yaxşı demirəm. Bu gün əvvəlkilərlə müqayisədə yaxşı çıxış etdik. Futbolçuları burda tənqid etməmişəm və etmərəm.

    – Mərhələ oyunları üçün artıq müəyyən heyət formalaşdırmısızmı?

    – Fərqli heyətlər oldu. Uzun səfərdən gəlmişdik və bəzi oyunçulara istirahət lazım idi. Latviyaya, sonra geri uçuş olub. Futbolçular da insandır. Onlara da istirahət vaxtı verilməlidir.

    – Emin Mahmudovu dayaq yarımmüdafiəçi mövqeyində oynadırsınız. Onu yaradıcılıq potensialından məhrum etdiyinizi düşünmürsünüz?

    – O mövqedə dünyanın ən yaxşı oyunçularından biri Pirlodur. O, dayaq yarımmüdafiəsində də texnikasını göstərib. Emin də bu gün yaxşı oynadı. Bu mövqedə onun daha yaxşı olduğunu düşünürəm. Böyük rəqiblərə qarşı irəlidə boşluq az olur. Emin də yaxşı texnikaya sahibdir və son iki matçda mükəmməl oynayıb.

    – Cəlal Hüseynov bildirib ki, əsas tələbinizin qol buraxmamaq olduğunu dedi. Belə oyunla hara qədər gedə bilərik?

    – Belə şey deməmişəm. Bu, yalandır. Köməkçim Rəşad Eyubov bilir ki, belə şey deməmişəm.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved