Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycan millisindən gileylənməyə dəyməz" – Marko Rossi
    10.06.2025 22:34:19

    Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi Azərbaycana qalib gəldikləri yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb 

    – Azərbaycan millisi sizə hansısa komponentdə sürpriz etdi?

    – Rəqibə hörmətlə yanaşırdıq. Futbol oynamağa, oyuna diqtə etməyə çalışdıq. İstədiklərimizi edə bildik. Son 10 dəqiqədə üstünlük rəqibə keçdi. İki komanda da mübarizə apardı. Azərbaycan millisindən gileylənməyə dəyməz. Favorit biz idik. Statistika, şanslar bizdən yana oldu. Oyunun sonlarında Azərbaycanın bəxti gətirsəydi, matç bərabərliklə bitərdi.

    – Azərbaycan millisinin qolunda sanki top oyunçunun əlinə dəymişdi…

    – Açığı, texniki zonadan görə bilmədim. Oyundan sonra baxdım və əl var idi. Ancaq VAR olmadığı üçün qərar dəyişmədi.

    – Fərqli sistemdə oynadınız. Razı qaldınız?

    – Yaxşı oynadıq, şanslar yaratdıq, ritmi qoruduq. Komandamdan razı qaldım. Yalnız son 10 dəqiqədə çaşqınlıq oldu.

    – Qapıçılarla bağlı nə fikirləşirsiniz?

    – İkisi də yaxşı və səhvsiz oynadı. Əvvəlcədən planlaşdırılmış dəyişiklik idi.

    – Azərbaycan millisində bəyəndiyiniz oyunçular oldu?

    – Mahir Emrelini demək istəyərəm. Onun 2-ci Bundesliqada oynaması təsadüf deyil. Yaxşı oyun keçirdi. Azərbaycan yığmasının digər oyunçuları da yaxşı çıxış etdi. Onların oyunundan razı qalmamaq düzgün olmaz.

    – Azərbaycan millisində hansı dəyişikliklər nəzərə çarpdı?

    – İlk oyunumuzda 3:1 hesablı qələbə qazansaq da, çətin olmuşdu. Bakıdakı oyunlar asan keçmir. Ola bilər ki, Azərbaycan millisi texniki cəhətdən geri qalsın, amma yaxşı təşkilatlanmış komandadır.

    Futbol

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38
    Futbol

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11
    Futbol

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14
    Futbol

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10
    Futbol

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47
    Futbol

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bakıda olmaqdan məmnunuq" - Xoan Laporta

    25.11.2026 13:46:38

    "Şəfa"da klubdaxili iclas: Baş məşqçi ilə bağlı qərar verildi

    25.11.2026 13:16:11

    "Məğlub olsaq, qətiyyən forma istəməyəcəyəm" - Stiv Solve

    25.11.2026 12:43:14

    "Sabah" - "Barselona": Təxmini "11-lik"lər

    25.11.2026 12:15:10

    Cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram

    25.11.2026 11:40:17

    "Barselona"nı məğlub edə bilərik" - "Sabah" cəbhəsindən iddialı açıqlama

    25.11.2026 11:12:47

    "Barselona"ya qarşı oynamaq hər futbolçu üçün arzudur" - "Sabah"ın futbolçusu

    25.11.2026 10:52:44

    "Turan" Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır

    25.11.2026 10:24:05

    Çempionlar Liqası: "Sabah" "Barselona" qarşısında möcüzə axtarışında

    25.11.2026 10:00:18

    "Turan"ın Çempionlar Liqasındakı ev oyunlarının məkanı və vaxtı bilindi

    25.11.2026 09:27:18

    Deku Bakı küçələrində: Turistlə şəkil çəkdirdi

    25.11.2026 00:18:58

    "Sabah" – "Barselona" oyununa görə 18 xətdə dəyişiklik

    24.11.2026 23:27:23

    "Elə bir an oldu ki, Mahir intensiv təzyiqə başladı" – "Rakuv"un baş məşqçisi

    24.11.2026 22:45:07

    "Barselona" kimi komandalar bir futbolçudan asılı olmur" – Rəhman Daşdəmirov

    24.11.2026 22:14:32

    Arşavin Bakıya gəldi, Şahruddinlə görüşdü - FOTO

    24.11.2026 21:40:34
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved