İngiltərədə ilk dəfə qadın mütəxəssis kişilərdən ibarət peşəkar futbol komandasının baş məşqçisi təyin olunub.
Prosport.Az-ın məlumatına görə, Hanna Dinqli İngiltərə I Liqasında (səviyyəcə 3-cü liqa) çıxış edən "Forest Qrin Rovers"in sükanı arxasına keçib.
40 yaşlı mütəxəssis bu postda Dankan Ferqyusonu əvəzləyib.
Qeyd edək ki, Hanna Dinqli daha əvvəl bu klubun akedemiyasının rəhbəri olub.

