Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Neftçi"dəki son yarım ilim fəlakət idi" - Mark Tamaş
    10.06.2025 11:44:36

    Azərbaycanda çıxış etmiş yeganə macarıstanlı futbolçu Mark Tamaş AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, vaxtilə "Neftçi" oynamış müdafiəçi bu gün Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq görüşü, eləcə də "ağ-qaralar"ın heyətində çıxış etdiyi dövrü xatırlayıb.

    31 yaşlı müdafiəçi 2023-cü ilin yayından bu ilin əvvəlinə qədər “Neftçi”nin formasını geyinib.

    Hazırda Rumıniyanın “Sepsi” klubunda çıxış edən Tamaş 2021-ci ildə Macarıstan yığmasının heyətində 1 oyun keçirib.

    - Bu gün Azərbaycan və Macarıstan milli komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Həmin görüşdən nə gözləyirsiniz?

    - Məncə, Macarıstan yığması bu matçda qələbə qazanacaq. Ancaq düşünürəm ki, bu, heç də asan olmayacaq. Yenə də seçmə mərhələyə yaxşı hazırlaşmaq baxımından Macarıstan millisi bu görüşdə qələbə qazanmalıdır.

    - Komandanız DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya, İrlandiya və Ermənistanla qarşılaşacaq. Azərbaycan millisi ilə oyun Macarıstan yığmasına nə qazandıra bilər?

    - Unutmayaq ki, bu, yoldaşlıq oyunudur. Baş məşqçi məhz belə qarşılaşmalarda nəyin yolunda getdiyini, nəyin düzgün edilmədiyini görə bilər. Çünki məşqçilər yoldaşlıq görüşlərində müxtəlif taktikanı, eləcə də, yeni oyunçuları sınaya bilirlər. Azərbaycanla oyun da qarşıdakı rəsmi matçlar öncəsi bəzi məqamları yoxlamaq baxımından yaxşı fürsətdir.

    - Ölkəmizdə çıxış etdiyiniz üçün Azərbaycan millisinin əksər futbolçularını tanıyırsınız. Sizcə, Azərbaycan millisinin güclü və zəif tərəfləri nələrdir?

    - Millinizin əksər oyunçuları daxili çempionatda çıxış edir və demək olar ki, eyni komandada oynayırlar. Belə də futbolçular bir-birilərini daha yaxşı tanıyırlar. Bu da Azərbaycan millisinin əsas üstünlüyüdür.

    - Macarıstanlı futbolçular millimizin heyətində ən çox kimdən çəkinməlidir?

    - Millinizə çağırılsalar, Emin Mahmudov və Mahir Emrelidən. Eminlə “Neftçi”də komanda yoldaşı olmuşam. Mahiri isə Polşadan tanıyıram. Mən 2020-2022-ci illərdə orada “Slask” klubunda çıxış edirdim. Mahir də həmin vaxt qısa müddət “Legiya”nın formasını geyinmişdi. Hər ikisi olduqca keyfiyyətli futbolçudur.

    - Bəs Macarıstan millisinin ən böyük üstünlüyü nədir və əsas “silah”ı hansı oyunçulardır?

    - Macarıstan yığması çox güclü kollektivdən formalaşıb. Əsas “silah”ları baş məşqçinin illərdir qurduğu komanda ruhudur. Əksər futbolçular Top-5 liqalarda çıxış edirlər. Həmçinin Dominik Soboslay kimi kapitanımız var.

    - 33 illik Azərbaycan çempionatında çıxış etmiş yeganə macar futbolçusunuz. Bunu bilirdiniz?

    - “Neftçi”də oynamağa başlayanda bu barədə eşitmişdim. Bu statistika mənə çox maraqlı gəldi. Azərbaycan çempionatının yeganə macar futbolçusu olmaq qürurverici, sevindirici məqamdır.

    - Polşa, Rumıniya və Azərbaycanda legioner həyatı yaşamısınız. Bu ölkələri necə müqayisə edə bilərsiniz? Azərbaycanda keçirdiyiniz il yarımlıq vaxtı necə xatırlayırsınız?

    - Futbolçu üçün Polşa ən yüksək səviyyədir. Xüsusən də, azarkeşlərə və liqanın yüksək rəqabətli olmasına görə. Azərbaycandakı ilk ilim yaxşı keçdi. Son tura qədər ikinci yer uğrunda mübarizə apardıq. Amma son yarım il fəlakət idi. Düzünü desəm, “Neftçi” daha yaxşısına layiqdir.

    - Bakı sizdə necə təəssürat yaratdı?

    - Bakı möhtəşəm şəhərdir. Vaxtımız olanda hələ də dostlarımızı görmək üçün ora gəlirik. Ailəm də bir neçə həftə əvvəl Bakıda idi.

    - Azərbaycandan yeni təklif alsanız, cavabınız necə olar?

    - Bunu dəqiq bilmirəm. Çox məqamlar var. Amma şübhəsiz ki, bu barədə müsbət düşünürəm.

    Futbol

    "Vurduğu qola görə Bəhlulun bütün səhvlərini bağışlamaq olar" - Qurban Qurbanov

    22.01.2026 01:10:33
    Futbol

    "Ümid edirəm ki, UEFA bu hakimin kim tərəfindən təyin olunmasına aydınlıq gətirəcək” – İlham Əliyevdən "Qarabağ" paylaşımı

    22.01.2026 00:52:14
    Futbol

    "Azərbaycan klubuna məğlubiyyət faciə deyil" – "Ayntraxt"ın məşqçisi

    22.01.2026 00:41:55
    Futbol

    AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

    22.01.2026 00:25:35
    Futbol

    "Ayntraxt"a 2 qol vurdu, matçın oyunçusu seçildi

    21.01.2026 23:57:45
    Futbol

    "Qarabağ"dan fantastik geridönüşlə möhtəşəm qələbə

    21.01.2026 23:42:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Vurduğu qola görə Bəhlulun bütün səhvlərini bağışlamaq olar" - Qurban Qurbanov

    22.01.2026 01:10:33

    "Ümid edirəm ki, UEFA bu hakimin kim tərəfindən təyin olunmasına aydınlıq gətirəcək” – İlham Əliyevdən "Qarabağ" paylaşımı

    22.01.2026 00:52:14

    "Azərbaycan klubuna məğlubiyyət faciə deyil" – "Ayntraxt"ın məşqçisi

    22.01.2026 00:41:55

    AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

    22.01.2026 00:25:35

    "Ayntraxt"a 2 qol vurdu, matçın oyunçusu seçildi

    21.01.2026 23:57:45

    "Qarabağ"dan fantastik geridönüşlə möhtəşəm qələbə

    21.01.2026 23:42:44

    Çempionlar Liqası: "Qarabağ" – "Ayntraxt" matçında VAR problemi

    21.01.2026 22:36:11

    Milli üzvləri yeni güləş qaydalarıyla tanış olub - VİDEO

    21.01.2026 21:19:28

    "Qarabağ" – "Ayntraxt": HEYƏTLƏR

    21.01.2026 21:09:27

    Cəfərquliyevi "Sent-Etyen" istəyə bilərmi? Menecer şirkəti fransızlardır – ARAŞDIRMA

    21.01.2026 20:36:01

    "Biz "Barselona"nı olduğu kimi kopyalamırıq" – Qurban Qurbanovun almanlara müsahibəsi

    21.01.2026 18:42:11

    20 Yanvar abidəsini gülüşlə ziyarət edən "Kəpəz" rəsmisi kimdir? – Baxın, kimin sinif yoldaşı imiş

    21.01.2026 18:10:44

    Almaniya səfirindən “Qarabağ”la oyun üçün mükafat – FOTO

    21.01.2026 17:50:09

    "Qarabağ"ın 2 legioneri "Liverpul"la oyunu buraxmaq təhlükəsindədir

    21.01.2026 17:19:58

    "Bakı ABŞ-də yerləşən Çikaqo şəhərini xatırladır" - Bölgə klubundan ayrılan legioner

    21.01.2026 16:48:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved