Serxyo Ramos və Jordi Alba növbəti mövsümdən etibarən MLS-də çıxış edə bilərlər.
Prosport.Az "TYC Sport"a istinadən xəbər verir ki, hər iki futbolçu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" klubuna keçməyə çox yaxındır.
Qeyd edək ki, Serxyo Ramos son mövsümdə PSJ-dən, Jordi Alba isə "Barselona"dan müqavilə müddətləri başa çatdığından ayrılıb.

