Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə sabah Macarıstana qarşı keçiriləcək yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, müdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib:
– Macarıstan kifayət qədər keyfiyyətli komandadır. Onlara qarşı yaxşı oyun göstərmək niyyətindəyik.
– “Sabah”la final oyununun yorğunluğu Latviya ilə matça necə təsir etdi?
– O qədər təsir etmədi. Bərpa olmağa kifayət qədər vaxt var idi. Bundan əlavə, milli komandadayıq və hazır olmağa məcburuq.
– Macarıstana qalib gəlmək nə dərəcə realdır?
– Şanslar bərabərdir. Məqsədimiz öncə baş məşqçinin tapşırıqlarını yerinə yetirmək, qələbə üçün çalışmaqdır. Bunun üçün mübarizə aparacağıq.

