Bolqarıstanın ÇSKA klubunun kapitanı İvan Turitsov "Qarabağ"la keçirilən yoxlama oyunu haqda danışıb.
Prosport.Az xəbər verir ki, o, sportal.bg-a açıqlamasında 0:1 hesabıyla uduzduqları görüşlə bağlı deyib:
"Yaxşı oyun oldu. Yorğun idik, amma pis çıxış etmədik. 2-ci hissədə üstün tərəf biz idik. İlk hissədə "Qarabağ" daha çox topa sahib oldu və bizi əks-hücumlara məcbur etdi. Avropada və yerli çempionatda belə oyunlarımız çox olacaq. Ona görə "Qarabağ"la görüş yaxşı təcrübə oldu".

