Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva “Zenit” klubunun heyətində Rusiya Superkubokunun qalibi olub.
Prosport.Az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburq şəhərində gerçəkləşən həlledici oyunda Moskva “Lokomotiv”ini 3:0 hesabı ilə mğlub edib.
Nigar Mirzəliyeva görüşü əvəz olunmadan keçirib.
“Zenit” tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanıb.

