DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan İslandiya yığması yoldaşlıq oyunu keçirib.
Prosport.Az xəbər verir ki, sözügedən komanda Qlazqoda Şotlandiya millisi ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə sentyabrın 5-də səfərdə, noyabrın 13-də isə Bakıda qarşılaşacaq.

