Jorjinyo “Arsenal”dan Braziliyanın “Flamenqu” klubuna keçib.
Prosport.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin transferi yeni klubuna pulsuz başa gəlib.
Azad agent statusu olan təcrübəli oyunçu ilə 3 illik müqavilə imzalanıb. Tanınmış futbolçu daha əvvəl "Çelsi", "Napoli" və "Verona"da da çıxış edib.
Qeyd edək ki, “Flamenqu”da sabiq “Qarabağ”lı Juninyu da çıxış edir.

