“Turan-Tovuz”un rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Mahaçqala “Dinamo”suna qayıdıb.
Kraçkovski qışda “Turan Tovuz”a keçmişdi. O, məşqçilər korpusunun ümidlərini doğrulda bilməyib.
Uğurlu performans göstərəcəyi təqdirdə, onunla müqavilənin müddəti 1 illik artırılacaqdı.

