"Liverpul"dan sərbəst futbolçu kimi ayrılan Roberto Firminonun karyerasını harada davam etdirəcəyi məlum olub.
Prosport.Az xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanının "Əl Əhli" klubuna keçib.
31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2015-ci ildən "Liverpul"da çıxış edən braziliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 35 oyuna çıxıb, 13 qol vurub və 5 qolun ötürməsini verib.

