Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    “Bu mövqeyə 7 futbolçu dəvət olunub” – Fernandu Sentuş
    6.06.2025 20:34:22

    Azərbaycan millisinin baş məşqçisi Fernandu Sentuşun iştirakı ilə sabah Latviya yığmasıyla keçiriləcək yoldaşlıq oyunundan əvvəl mətbuat konfransı keçirilib.

    Prosport.Az-ın Riqaya ezam olunmuş əməkdaşı xəbər verir ki, portuqaliyalı mütəxəssis fikirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırıb.

    – Təlim-məşq toplanışının əvvəlindən bu günədək futbolçular özlərini yaxşı tərəfdən göstərməyi bacarır. Onlardan nə tələb edəcəyimi dərk edirlər. Əlbəttə, milli komanda toplanışa daha tez başlayıb. Kubok matçından sonra kollektivə qoşulan oyunçular var və onların da intensiv məşqlərə ehtiyacı var. Hamılıqla sabahkı oyuna köklənmişik. Bizi çətin qarşılaşma gözləyir. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya seçməsinin heyətində kifayət qədər keyfiyyətli futbolçular var. Bu rəqiblə bağlı futboolçulara kifayət qədər məlumat verilib. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq.

    – Hazırkı heyət seçmə mərhələdə oynamaq üçün yetərlidir? Millimizdən Fransa və İslandiya kimi komandalarla oyunda nə gözləyirsiniz?
    – Hazırkı durumda həmin oyunlara köklənməmişik. Sabah Latviya ilə matçımız var və bu görüşə konsentrasiya olmuşuq. İstər Fransa, istərsə də İslandiyanın öz oyun üslubu var. Bu günədək milliyə 30-a qədər futbolçu dəvət olunub. Onların arasından yenə də seçim edəcəyik. Dəyişikliklərin olması gözləniləndir.

    – Mövsümün sonuyla əlaqədar həm psixoloji, həm də fiziki cəhətdən yorğunluq hazırlığınıza necə təsir göstərir?
    – Ümumilikdə futbolçuların hamısı çox istəklidir. Bəzi oyunçular da var ki, komandaya gec qoşulub və bir məşqlə kifayətlənib. Azərbaycan Kubokunun finalından sonra milliyə qoşulan futbolçularla çox məşq keçməyə vaxtımız olmayıb. Dünənki məşqimiz bərpa xarakterli idi. Bugünkü hazırlıqla isə sabahkı oyuna hazırlaşacağıq. Qeyd etdiyiniz məqam səbəb olaraq göstərilə bilməz. Oyunçularımız çox istəklidir və bunun faydasını sabah görəcəyimizə inanıram.

    – Bədəvi Hüseynov zədə səbəbilə heyətdən çıxarıldı, lakin onun əvəzinə başqa mərkəz müdafiəçisi dəvət olunmadı. Bu, Azərbaycanda həmin mövqedə kifayət qədər yaxşı futbolçunun olmamasıyla əlaqədardır?
    – Xeyr. Bu mövqeyə 7 futbolçu dəvət olunmuşdu. Ona görə də əlavə oyunçuya ehtiyac duymadım.

    – Millimizin kapitanının kim olacağını və penalti olacağı təqdirdə zərbəni hansı futbolçunun yetirəcəyini müəyyənləşdirmisiniz?
    – Bu sualı gözləyirdim (gülür). Əlbəttə, ilk "11-lik"də yer alsa, bu, Emin Mahmudov olacaq. O həm kapitan, həm də penalti vuran qismində çıxış edəcək.

    Qeyd edək ki, sabah Latviyanın paytaxtı Riqadakı "Skonto" stadionunda keçiriləcək Latviya – Azərbaycan matçı saat 17:00-da start götürəcək.

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved