Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Latviya Azərbaycanla oyunda favoritdir" – Vüqar Əskərov
    6.06.2025 21:11:06

    "Bu oyunu səbirsizliklə gözləyirəm. Maraqlı matç olacaq. Özüm də oyuna baxmağa gedəcəyəm". 

    Bu sözləri Prosport.Az saytının Latviyanın paytaxtı Riqaya ezam olunmuş əməkdaşına müsahibəsində millimizin sabiq futbolçusu Vüqar Əskərov deyib.

    Sumqayıtda doğulmuş, ancaq Riqada yaşayan V.Əskərov sabah keçiriləcək Latviya – Azərbaycan yoldaşlıq matçı ilə bağlı fikirlərini bildirib. "Sumqayıt", "Araz-Naxçıvan" və "Zirə"nin sabiq futbolçusu favoritin meydan sahibləri olduğunu vurğulayıb:

    "Fikrimcə, Latviya bu matçda favoritdir. Ancaq istərdim ki, Azərbaycan millisi qalib gəlsin. Özüm azərbaycanlı kimi Azərbaycan millisinə azarkeşlik edəcəyəm".

    40 yaşlı sabiq futbolçu 2004-cü il iyunun 6-da və 2018-ci il iyunun 9-da yoldaşlıq oyununda Latviya ilə keçirilən matçları xatırlayıb: "Xatırlayıram ki, Azərbaycan millisi 2004-cü ildə Latviya ilə burada 2:2 oynamışdı, Qurban Qurbanov da qol vurmuşdu. Qurban Qurbanov baş məşqçi olarkən isə Dauqavada Azərbaycan yoldaşlıq oyununda Latviyanı 3:1 məğlub etmişdi. Azərbaycan çoxdandır ki, qələbə qazanmır. Bəlkə bu dəfə sindromu sındırarlar".

    2012-2013-cü illərdə millimizdə 3 oyun keçirmiş V.Əskərov meydan sahiblərinin təhlükəli futbolçularının adlarını da açıqlayıb: "Latviya millisində yaxşı oyunçular var. Yaanis İkaunieks, Kristers Tobers, Andrey Çıqanik, 21 yaşlı Luukas Vapne yaxşı futbolçulardır. Vladislav Qutkovski yaxşı hücumçudur. Latviya millisində legioner həyatı yaşayan futbolçular az deyil".

    Vüqar Əskərov matça Riqada yaşayan azərbaycanlıların gələcəyini də bildirib: "Bu oyuna çoxlu azərbaycanlı baxmağa gələcək. Riqada çox sayda azərbaycanlı yaşayır. Komandamıza sabah uğurlar arzulayıram".

    Qeyd edək ki, "Skonto" stadionunda keçiriləcək Latviya – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

    Səbuhi Musa

    Futbol

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    Futbol

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01
    Futbol

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26
    Futbol

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17
    Futbol

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqasına məğlubiyyətlə başladı

    23.09.2026 18:14:58
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Estoniyaya sərfəli məğlubiyyət yox, qələbə üçün gedəcəyik" - "Neftçi"nin baş məşqçisi

    23.09.2026 23:44:07

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11

    "Ondan gizli hücumçu kimi istifadə etmək istəyirik" - Ayxan Abbasov

    23.09.2026 22:46:01

    "Azərbaycan D divizionunda olmağa layiq deyil" - İqor Angelovski

    23.09.2026 22:37:26

    "Mən hansı klubun kapitanı olduğumu bilirəm" - "Neftçi"nin üzvü

    23.09.2026 22:07:31

    Millimiz Tacikistana çətinliklə qalib gəldi

    23.09.2026 21:57:17

    "Səfərə qalib gəlmək üçün gedəcəyik" - Konstantinos Vasiliadis

    23.09.2026 21:50:19

    Fərhad Rəcəbli dünya 3-cüsü oldu

    23.09.2026 21:28:44

    Yunanıstan üzərində qələbə, Ermənistana məğlubiyyət

    23.09.2026 21:00:49

    "Neftçi" FIBA Avropa Kubokuna qələbə ilə başladı

    23.09.2026 20:54:09

    Respublika Velotrekində məşqçilər üçün "Təhlükəsiz idman" mövzusunda təlim keçirilib

    23.09.2026 20:39:24

    “Birbaşa Bakı” Çempionlar Liqasına qələbə ilə başladı

    23.09.2026 20:17:08

    Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib

    23.09.2026 19:34:17

    Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

    23.09.2026 19:09:16

    Azərbaycan - Tacikistan: HEYƏTLƏR

    23.09.2026 18:46:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved