Misli Premyer Liqasına vəsiqə qazanan "İmişli" "Zirə"nin futbolçusu Fuad Bayramova "elçi düşüb".
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisi sol cinah müdafiəçisi üçün hərəkətə keçib.
Klub 27 yaşlı futbolçunun transferini həll etmək niyyətindədir. "Zirə"nin isə Bayramovu buraxıb-buraxmayacağı dəqiq deyil.
2024-cü ilin iyulundan "Zirə"də oynayan müdafiəçinin qəsəbə klubu ilə hələ 2 illik müqaviləsi var.

