Yeni mövsüm transfer bazarında aktivlik nümayiş etdirən "İnter" Davide Frattezini transfer etmək üzrədir.
Prosport.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
"Göy-qaralar" "Sassuolo"ya bu transferə görə 25 milyon avro ödəyəcək. İtaliyalı futbolçunun özü ilə isə 5 illik müqavilənin imzalanacağı gözlənilir.

