“Avropa klubu ilə oynadığımız üçün çox şadam. Mənə elə gəldi ki, oyun səviyyəsi çox yüksəkdir”.
Prosport.Az xəbər verir ki, bunu “Zenit” klubunun azarkeşi olan dirijor və pianoçu Fabio Mastrancelo deyib.
Sankt-Peterburq təmsilçisi “Matç TV” kubokunda keçirdiyi 2-ci oyunda “Srvena Zvezda”ya uduzub – 1:2.
Oyunla bağlı danışan italiyalı dirijorun sözlərinə görə, qarşılaşmanın ədalətli nəticəsi heç-heçə olardı: “1:1 və ya 2:2 hesabı daha ədalətli olardı. Bu gün “Zenit” “Neftçi” ilə görüşə baxanda daha yaxşı oynadı. Amma futbol belədir, daha yaxşı oynayan da uduzur, o qədər də yaxşı oynamayanda isə 3:1 hesabı ilə qalib gəldi”.
Qeyd edək ki, “Zenit” ilk oyunda “Neftçi” klubunu 3:1 hesabı ilə məğlub edib.

