Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” klubunun sabiq futbolçusu Muxtar Nəzərlinin danışılmış oyunlarda iştiraka görə futboldan ömürlük uzaqlaşdırılması ilə bağlı qərardan şikayəti təmin edilməyib.
Prosport.Az xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalının iclasında qərar qəbul olunub.
AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

