AFFA-nın Apellyasiya Arbitraj Tribunalı başa çatan mövsümdə Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.
Prosport.Az xəbər verir ki, İntizam Komitəsinin mayın 21-də verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Amit Quluzadə I Liqanın XXVI turunda "Karvan"la oyun bitdikdən sonra hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəza alıb.

