“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt karyerasını başqa komandada davam etdirəcəyini açıqlayıb.
Prosport.Az xəbər verir ki, futbolçu sosial şəbəkə vasitəsilə etdiyi videomüraciətində klubdan gedəcəyini təsdiqləyib:
“Çelsi”dən ayrıldığımı elan etmək mənim üçün asan deyil. Bu 18 il ərzində göstərdikləri dəstəyə görə azarkeşlərə minnətdaram. 6 yaşımda “Çelsi”yə qoşuldum, birlikdə çox şey yaşadıq. Hamıya təşəkkür etmək istəyirəm”.

