"Araz-Naxçıvan" klubu futbolçusu Vadim Abdullayevlə yollarını ayırıb. Prosport.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. Qeyd edək ki, Abdullayev 2022-ci ildən Naxçıvan təmsilçisinin formasını geyinirdi.