“Sabah” baş məşqçisi Vasili Berezutski haqqında qərarını verib.
Prosport.Az futbolinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi rusiyalı mütəxəssislə yollarını davam etdirəcək.
Komanda Premyer Liqada uğursuz çıxış etsə də, Azərbaycan Kubokunu qazanması 42 yaşlı çalışdırıcı ilə bağlı bədbin düşüncələrin dağılmasına səbəb olub. Rəhbərlik indi ona daha bir il şans verib qarşısına avrokuboklarla yanaşı, Premyer Liqada da uğurlu çıxış etmək məqsədi qoyacaq. Hazırda tərəflər gələcək planlar barədə müzakirələr aparırlar.
Qeyd edək ki, Vasili Berezutski ötən ilin noyabrında “Sabah”ın baş məşqçisi təyin olunub.

