Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi bəlli olub.
Prosport.Az Braziliya Futbol Konfederasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma Fernando Dinizə tapşırılıb.
49 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, bu postda DÇ-2022-dən sonra istefaya göndərilmiş Titeni əvəzləyib.
"Fluminense" klubunun da baş məşqçisi olan Fernando Diniz oradakı vəzifəsinə də davam edəcək.
Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriqes açıqlamasında 2024-cü ildə komandaya Madrid "Real"ında çalışan Karlo Ançelottinin rəhbərlik edəcəyini söyləyib. O, italiyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-dək qüvvədə olacağını vurğulayıb.

