Azərbaycanla yoxlama görüşü keçirəcək Latviya millisinin heyətində dəyişiklik olub.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi Robert Savalnyek komandadan uzaqlaşdırılıb.
Buna səbəb 32 yaşlı orta sahə oyunçusunun zədələnməsidir. Məşqçilər korpusu RFŞ-nin oyunçusunun əvəzinə “Liepaya”dan Vyaçeslav İsayevi yığmaya çağırıb.
Qeyd edək ki, Latviya – Azərbaycan oyunu iyunun 10-da Riqadakı “Skonto” stadionunda keçiriləcək.

