Avstriyada təlim-məşq toplanışını başa vuran "Qarabağ" sonuncu yoxlama oyununu keçirib.
Prosport.Az xəbər verir ki, "köhlən atlar" Bolqarıstan nəhənglərindən biri, son çempionatın gümüş medalçısı MOİK-lə üz-üzə gəlib.
"Vörql" stadionunda oynanılan qarşılaşma Ağdam klubunun Sofiya təmsilçisi üzərində minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 42-ci dəqiqədə Redon Cica vurub.
Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk görüşündə Macarıstan "Ferentsvaroş"u ilə heç-heçə edib – 3:3. Son ölkə çempionu 2-ci matçında isə Polşa "Leqiya"sına uduzub – 0:2.

